Öyrənmək və ünsiyyət qurmaq – bu proseslər çoxumuz üçün təbii olduğuna görə asan görünür. Ancaq hər onuncu insan üçün bu, gündəlik mübarizədir. Əksər hallarda, bu, sensor siqnalların düzgün qəbul edilməsi prosesinin pozulması ilə əlaqədardır. Söhbət eşitmə problemlərindən gedir. Bu, məlumatın emalında qulaq beynimizə əsas giriş qapısı olduğu üçün mühüm rol oynayır. Səsimizlə yanaşı ətrafdakı səsləri də tutur, onları elektrik impulslarına çevirir və analiz üçün beyinə ötürür. Ən maraqlısı da odur ki, o, bizim hərəkətlərimizi sezir və koordinasiya, tarazlıq və ritm hissinin qorunmasında fəal iştirak edir.
Beləliklə, o, gündəlik həyatımızda ən vacib funksiyaları yerinə yetirir: istər dil və ya düşünmə qabiliyyəti, istər təlimatları yerinə yetirmə, oxuma, öyrənmə, əzbərləmə və ya sadəcə hərəkət etmə nöqteyi-nəzərindən. Qulaq və beyin arasındakı əlaqələr pozulursa, kənar aləmlə qarşılıqlı əlaqə qabiliyyətimiz də zəifləyir. Adətən bu, özünə inamın itirilməsi ilə nəticələnir ki, bu da öz növbəsində ünsiyyət və tədris zamanı çətinliklərə səbəb olacaqdır. 60 il əvvəl Fransız həkim Alfred Tomatis dinləmə qabiliyyətini bərpa etmək üçün eşitmə sistemi ilə beyni stimullaşdırmağa yönəlmiş pedaqoji bir metodu inkişaf etdirmişdir.
Tomatis® Metodu musiqi və səsin xüsusi şəkildə işlənməsini həyata keçirərək, dinləmə keyfiyyətini yaxşılaşdırmaqda uşaqlara və böyüklərə kömək edir. Neyroelm sahəsində birincilər sırasında olan Tomatis® metodu bu gün TalksUp® adlı unikal bir texnologiyadan istifadə edərək dinləmə seansları təklif edən 2000-dən çox xüsusiləşdirilmiş mərkəzdə istifadə olunur. Alternativ təhsil vasitəsi olaraq Tomatis® Metodu beyni effektiv və təbii şəkildə stimullaşdırır. Bu, tibbi müalicə və klassik terapevtik üsulların istifadəsi zamanı əlavə bir vasitədir.