Tətbiqetmə sahələri

Qulaq insan bədənindəki ən güclü həssas sensordur. Beynimizdəki stimullaşdırmanın 80 %-i qulaqdan irəli gəlir. Bir tərəfdən, beynin stimullaşdırılmasındakı rolu, digər tərəfdən beynin plastisiyasına müsbət təsiri onun müxtəlif sahələrdə iştirakını izah edir. Tomatis® metodu terapevtik və ya tibbi təsiri tamamlayan bir vasitədir. O, istənilən yaşda (uşaqlar, böyüklər və yaşlılar) həm fərdi inkişaf üçün, həm də pozuntular və çətinliklərlə mübarizə üçün istifadə oluna  bilər.

Diqqət

Diqqət kənarda baş verən hadisəni və ya fikri seçmə və şüurda saxlama qabiliyyətidir. O, ümumiyyətlə sinir sisteminin ona çatan istənilən məlumatı qəbul etməsinə imkan verən ümumi bir oyaqlıq və ayıqlıq vəziyyəti ilə müşayiət olunur. Diqqət pozulmaları, uzun müddət yerinə yetirilən işdə konsentrasiyasını davam etdirə bilməyən uşaqlarda və böyüklərdə müşahidə olunur, hətta bu, intellektual güc tələb etməyən gündəlik və ya adi bir iş (məsələn, səhvlər üzərində işləmək və ya surət çıxarmaq) olduqda belə.

 

Xüsusi bir diqqət növü, onu bir neçə məlumat mənbəyinə və ya yerinə yetirilən vəzifələrə paylamaq qabiliyyətidir. Əhəmiyyətli koqnitiv səyləri tələb edən diqqətin bu növü zəiflədiyi təqdirdə, məktəbdə oxuyan uşaq üçün problem və ağrılı hisslər yarada bilər.

Tomatis® metodu beynə ümumi stimullaşdırıcı təsirindən əlavə (söhbət beyin qabığının oyanmasından gedir) selektiv diqqətə müsbət təsir göstərə bilər, çünki Tomatis® texnologiyası beyni daimi olaraq təbii bir şəkildə təəccübləndirmək üçün nəzədə tutulmuş səs ziddiyyətini yaradır.

Məqsəd, dəyişikliyin aşkarlanması üçün beynin avtomatik mexanizmlərini inkişaf etdirməsinə kömək etməkdir. Bu prosesləri yaxşı mənimsəmiş bir insan uzunmüddətli məlumatları asanlıqla seçərək, ikinci dərəcəli hadisələri görməməzliyə salmaq və ya yatırmaq barədə qərarlar qəbul edə bilər.

Bu səbəbdən Tomatis® Metodu hiperaktivlik ilə müşayiət olunan və olunmayan diqqət zəifliyindən əziyyət çəkən uşaqlara köməkçi bir vasitədir.

Öyrənmə qabiliyyəti

Öyrənmə qabiliyyəti avtomatik hərəkətlər, bacarıq və ya bilik inkişaf etdirən mexanizmlər toplusudur. O, kənardan qəbul edilən məlumat və ya hadisədən asılı olaraq davranışlarını adekvat və davamlı şəkildə dəyişdirmək qabiliyyətindən ibarətdir. Öyrənmə qabiliyyəti insanın təcrübəyə əsaslanan davranış qabiliyyətlərini inkişaf etdirmə bacarığından asılıdır. Tədris metodları çoxsaylıdır: təşviqetmə yolu ilə, uğursuzluqlardan keçməklə, təqlid, təkrarlama, yaradıcılıq yolu ilə… Metodikadan asılı olmayaraq, öyrənmə beynin yeni davranışları mənimsəməsini və həyata keçirilməsini asanlaşdırmaq üçün sinir əlaqələrinin daim yenidən təşkil etmə qabiliyyətini nəzərdə tutur. Bu halda “beyin plastisiyasından” danışılır.

Beləliklə, beynin plastisiyası sayəsində, eyni hadisə təkrarlandıqda, müvafiq cavab davranışı daha sürətli, daha dəqiq və daha intuitiv olacaqdır. Təbii surətdə beyni təəccübləndirmək üçün hazırlanmış səs ziddiyyətlərilə Tomatis® Metodu bu beyin plastisiyasına təsir göstərməklə, dəyişikliklərin aşkarlanması və analiz edilməsi mexanizmlərinin beyinə inteqrasiyasına kömək edir. Beləliklə, Tomatis® Metodu insanların kənar və yeni hadisələrə xüsusi diqqət ayırmalarına kömək edən bir pedaqogikadır. Bu, yeni məlumatların mənimsənilməsinə kömək edir və eyni zamanda məktəblinin ümumi qabiliyyətlərini və akademik qabiliyyətini yaxşılaşdırmağa imkan verir. Bu səbəbdən Tomatis® Metodu bu gün yüzlərlə dövlət və özəl məktəbdə ənənəvi təhsilə əlavə olaraq təklif olunur. Təlim zamanı məktəbli əsasən səhvlərindən öyrənir. Səhv etmək tərəqqi üçün normal və zəruri şərtdirsə, bəzi tək-tək və sistematik səhvlərin olması “dis” (disleksiya, dispraksi və s.) prefiksi ilə qruplaşdırılan akademik göstəricilərlə bağlı problemlərin mövcud olmasını göstərir.

Məktəblinin tədrislə bağlı problemləri onun ağlı ilə əlaqəli deyil, uşağın sinir şəbəkəsindən və ya beynin bəzi bölgələrindən qeyri-düzgün istifadə problemi ilə xarakterizə olunur. Tomatis® Metodunun məqsədi uşağın kompensasiya əlaqələri yaratmasına imkan verməkdir. Başqa sözlə, akademik fəaliyyətdə problem yaradan bir şeyi müalicə etmək mümkün deyilsə, beynin digər sinir əlaqələrindən istifadə etməsinə icazə verməklə ondan yan keçə və ya kompensasiya edə bilərsiniz. Məsələn, öyrənmə zamanı nitqlə əlaqəli problemlər yarandıqda Tomatis® Metodu, səslərin deşifrə və təhlil edilməsini asanlaşdırır və disleksiya hallarında loqoped ilə dərsləri tamamlamaqla, çox böyük köməklik  göstərə bilər.

Səs və Nitq

Səsləri qəbul və təhlil etdiyimiz dəqiqlik onları canlandırmaq qabiliyyətimizə təsir göstərir. Səsin keyfiyyətli istifadə olunması özünü yaxşı dinləmək bacarığını tələb edir, yəni öz səsini dəqiqliyini, keyfiyyətini və intensivliyini qiymətləndirəcək şəkildə dinləyə bilmək lazımdır. Səsimiz qulağa əsasən başımızın sümüklərini titrədərək ötürülür: bu, sümük keçiriciliyidir. Bu, hava keçiriciliyinə, yəni kənardan gələn səslərə qarşıqoyma prinsipini təşkil edir. İkincisi, cavab olaraq nitqi tənzimləmək üçün siqnal verən beyin tərəfindən analiz edilir. Beləliklə, qulağımız, beynimiz və səsimiz arasında daimi irəli-geri əlaqəsi mövcuddur. Səs-vokal döngələnmə prinsipi məhz bundan ibarədir. Onun, əsasən emosional və koqnitiv səbəblərdən pozulması nəticəsində eşitmə qabiliyyətimizə və nəticədə səsimizə mənfi təsir göstərilir. Bu pozuntu onun ritminə, tembrinə, palitrasına və intensivliyinə təsir göstərə bilər. Bu, həm də ünsiyyətə girmək arzusunu zəiflədə, düşüncələrinizi ifadə etməkdə çətinlik çəkməyə, səlisliyin, dəqiqliyin və tutarlılığın, keyfiyyətin çatışmamazlığına və ya səhv tembrin mövcud olmasına səbəb ola bilər ki, bu da öz növbəsində çox batıq və ya həddən artıq cır səsə və ya burunda danışma effektinə, nitqin ifadəsiz olmasına və ya səsin həcmi (intensivliyi) üzərində nəzarətin itirilməsinə səbəb olur. Tomatis® Metodu sümük və hava keçiriciliyindən istifadə edərək səs-vokal döngələnməsi üzərində fəal işləyərək beyin, qulaq və səs arasındakı əlaqələri effektiv şəkildə bərpa edir. Danışıq Tomatis® Metodu qulaq-səs-beyin əlaqəsinə təsir edərək nitq geriliyi olan insanlara kömək etməkdə də faydalıdır. Həqiqətən, nitq səslərin mürəkkəb bir ifadə zənciri ilə şərtlənir və xüsusi bir ritmlə təyin olunur. Bu ritm danışıq tezliklərinin səs səviyyəsinə və müddətinə, həmçinin hər bir səsin intensivliyinə əsaslanır. Dilin ritmi, ilk növbədə, sözlərin əvvəlində və uzun sait səsləri tələffüz edildikdə baş verən ton vurğuları ilə yaradılır. Danışıq bu səsləri şüurlu şəkildə idarə etmək qabiliyyətimizdən asılıdır. Buna “fonoloji şüur” deyilir. Sonuncunun olmaması, qavrayışda və buna görə, dildə səslərin artikulyasiyasında problemlərə səbəb olur. Tomatis® Metodu müştərinin səsini real vaxtda işlədərək sümük və hava keçiriciliyi ilə ötürərək, əsas dil səslərinin qəbul edilməsinə üstünlük verir və nitq qüsuru olan uşaqlara peşəkar təsir üçün əlavə vasitə kimi kömək edə bilər.

Emosiyalara nəzarət

Bədənimizin sağlamlığını qorumaq üçün hərəkət etmək lazım olduğunu görürük, lakin beynimizin də sağlamlığının vacib olduğunu o qədər də düşünmürük. Sensor mesajlar göndərməklə onu stimullaşdıraraq, dinamikamızın artmasına və zəifləməsinə kömək edirik. Qulaq insan orqanizmi üzərindəki sensor mesajlar üçün ən vacib kanal olduğundan, onun rolu artıq bəllidir. Beyin müdafiə mexanizmlərini işə salanda, bu stimullaşdırma kifayət etməyə bilər. Bu mexanizm “emosional şok” adlı tək-tək rast gəlinən hal nəticəsində baş verə bilər.

Bundan əlavə, beyin, kənar mühitin onu qıcıqlandırdığı zaman tədricən müdafiə gücünü artırma qabiliyyətinə malikdir. Bu, həyat ritminin yenidən qurulması, məsuliyyət sektorunun artması, istinad nöqtələrinin itirilməsi və sosial təzyiqin artması baş verən insanlarda ola bilər.

Tomatis® Metodu eşitmə aparatı ilə əlaqəli olan limbik sistemi (beynin orta hissəsi) hədəfə alır. Bu hissə, digər məsələlərdən əlavə, emosional mexanizmlərə, yaddaş və bilik göstəricilərinə cavabdehdir. Bundan əlavə, daxili qulaqdakı koklea adlanan orqan beyin qabığının yüklənməsində rol oynayır. Beləliklə, Tomatis® Metodu, limbik sistem və beyin qabığının prefrontal zonası üzərinə təsir edərək, depressiya və streslə əlaqəli emosional narahatlıqların tənzimlənməsinə təsir göstərir. Bundan əlavə, o, stresin azalmasına birbaşa effektiv təsir göstərir.

Мы замечаем, что необходимо двигаться для поддержания своего тела, но мы не всегда осознаем, что также важно поддерживать свой мозг. Стимулируя его посылом сенсорных сообщений, мы помогаем ему повышать нашу динамику и ослаблять ее. Поскольку ухо является самым важным каналом прохождения сенсорных посланий через человеческое тело, то легко понять его роль. Это стимулирование может быть недостаточным, если мозг включает защитные механизмы. Данный механизм может происходить в результате одиночного явления, называемого «эмоциональным шоком». К тому же мозг обладает способностью постепенно наращивать свою защиту, когда внешнее окружение его раздражает. Это может происходить с людьми, у которых происходит перестройка жизненного ритма, увеличение сектора ответственности, потеря ориентиров, увеличение социального давления. Метод Tomatis® воздействует на лимбическую систему (средняя часть мозга), с которой связан слуховой аппарат. Данная часть среди прочего ответственна и за эмоциональные механизмы, память и успеваемость. К тому же орган внутреннего уха, называемый «кохлея» играетроль зарядки для коры головного мозга.Таким образом, воздействуя на лимбическую систему и на префронтальные зоны коры, Метод Tomatis® влияет на регулирование нарушений эмоционального фона, связанных с депрессией и стрессом. К тому же, он эффективно и напрямую воздействует на смягчение стресса

Motorika və koordinasiya

Qulaq yalnız insan bədənindəki ən güclü duyğu orqanı deyil. O, həm də bir motor orqanıdır. Həqiqətən də qulağın daxili hissəsində giriş rolunu oynayan bir orqan var. Bədənimizin ən kiçik bir hərəkəti haqqında beyinə məlumat verir və cavab olaraq təlimat alır.

O, motorika və hərəkət koordinasiyamızda fəal iştirak edərək, motorikamıza, laterallığa, əzələ tonusunun tənzimlənməsinə və şaquli duruşa birbaşa təsir göstərən (digər orqanlarla birlikdə) sensor məlumatların ötürülməsində aktiv vasitəçi rolunu oynayır.

Motor bacarıqları və koordinasiya ilə əlaqəli problemlər vestibulyar aparatımızın zəif fəaliyyətindən qaynaqlana bilər və böyüdükcə öyrəndiyimiz hərəkətlərin assimilyasiya və icrasında gecikmələrdə ifadə oluna bilər: məsələn, gəzmək, qaçmaq, tullanmaq, ayaqla və ya barmaqla  ritm vurmaq. Onlar həm də başgicəllənmə, tarazlıq itkisi, ürək bulanması, dik duruşun qorunması problemlərinə səbəb ola bilər …

Aşağı və ritmik səslərin ötürülməsini təşviq edərək, Tomatis® Metodu birbaşa təsir edərək,  motorikaya, əzələ tonusunun tənzimlənməsinə və şaquli vəziyyətə müsbət təsir göstərir. Bundan əlavə, o, təbii yolla sol və sağ tərəfin hərəkətlərinin koordinasiyasının yaxşılaşdırma prosesində iştirak edərək səs laterallığına təsir edir.

Моторика и координация

Autistik spektr pozuntusu

Autistik spektrin zəifləməsi, digər məsələlərlə yanaşı, kənar aləm ilə ünsiyyətdə çətinliklərlə və xüsusən də sosial ünsiyyətdəki anomaliyalarla xarakterizə olunur. Bu gün bir nüfuzlu monoqrafiyada güzgülü zonaların neyronlarının bu hallarda düzgün işləmədiyi iddia edilir. Bu neyronlar beyində səpələnmişdir. Onlar əhəmiyyətli bir rol oynayırlar, çünki şəxsin passiv bir müşahidəçi olaraq qaldığı zaman onlar hərəkət və nitqin reallaşmasında iştirak edən beyin sahələrini aktivləşdirirlər. Əslində onlar başqalarının hərəkətlərini, niyyətlərini və duyğularını qavramaqda əhəmiyyətli bir funksiyanı yerinə yetirirlər.

 

Bu neytronlar bizə hərəkəti layihələşdirməyə, hissləri proqnozlaşdırmağa və hisslərə qarşılıqlıq göstərməyə imkan verir. Başqa sözlə, bir tərəfdən özümüzü başqasının yerinə qoymağa, digər tərəfdən isə hərəkətlərimizi layihələndirməyimizə kömək edirlər. Beləliklə, onlar, istər kiməsə cavab olaraq gülümsəmək, başqasının emosional vəziyyətini hiss etmək və ya onun hərəkətlərini başa düşmək kimi sadə məsələlərdə, istərsə də sosial və gündəlik əlaqələrimizdə mühüm rol oynayırlar.

Tomatis® Metodu proqnozlaşdırmanı öyrədən bir sistemidir. Passiv seanslarda, xüsusi ziddiyyətlərlə işlənmiş musiqi sayəsində beyin dəyişikliklərin effektini deşifrə etməyə çalışır. Aktiv seanslar zamanı müştəri cihaz tərəfindən avtomatik olaraq düzəldilən səslər çıxarır. Buna cavab olaraq, o, təbii üsulla öz səsini aldığı səsə uyğunlaşdırır. Bu proses nitqin güzgülü zonalarının neyronlarını birbaşa cəlb edir.

Beləliklə, Tomatis® Metodu, autizm spektri  və emosional funksiyaların və sosial əlaqələrin inkişafının təhrif edilməsində ifadə olunan zəiflik: Asperger sindromu, sensor hissinin pozulması və ya Daun sindromu kimi oxşar davranışlar müşahidə olunan insanlara kömək edə bilər.

Tomatis® metodu mütəxəssislərə bu pozulmarlarla mübarizə aparmağa kömək edən bir vasitədir, lakin o, təkbaşına tətbiq edilə bilməz.

Нарушения аутистического спектра

Fərdi inkişaf

Mahnı oxuma

Müğənnilərlə işləyən Alfred Tomatis dinləmə problemlərinin səs problemləri ilə müşayiət olunduğunu aşkar etdi. Daha doğrusu, yüksək keyfiyyətli vokal hərəkəti üçün səsli mesajların yaxşı qavranılması ilə yanaşı, hər şeydən əvvəl özünü yaxşı dinləməyi, yəni dəqiqliyini, intensivliyini və keyfiyyətini təhlil etmək və idarə etmək üçün öz səsini səs mənbəyi kimi istifadə etmək bacarığı tələb etdiyini müəyyənləşdirdi.
Öz-özünü eşitmək, qəbul olunan səs titrəməsinin sümük keçiriciliyi, yəni bədənin bütün sümükləri və ilk növbədə kəllə tərəfindən səsin ötürülməsi ilə düzgün şəkildə tənzimlənməsi şərti ilə həyata keçirilə bilər. Bu sümük tənzimlənməsi, öz növbəsində, rolu orta qulağa ötürülən bütün titrəmələri idarə etmək və mənimsəməkdən ibarət olan, orta qulaqda yerləşən iki əzələnin qarşılıqlı işindən asılıdır. Elektron qulaq vasitəsilə səs-vokal təlimi, keyfiyyətin özünə nəzarət mexanizmini tətbiq etməyi hədəfə alır. Beləliklə, mövcud vokal problemindən asılı olaraq, bu fəaliyyət aşağıdakı hallarla işləməyə yönəldilə bilər:
– oxumaq həvəsinin olmaması və ya itirilməsi
– çıxış etməkdə çətinlik və səsinin həddindən artıq yüksək istifadə etməyini hiss etmədən oxuma rahatlığının itirilməsi
– nitq axıcılığının olmaması
– səsləri ifadə edərkən dəqiqliyin və düzgünlüyün çatışmaması
– səsin kəskin şəkildə boğuq və ya cır olmasına yaxud batmasına səbəb olan səs tembrində tarazlığın kifayət qədər olmaması və ya yox dərəcəsində olması
– təhrif olunmuş modulyasiyalarda və intonasiyada özünü büruzə verən səs ifadəliyinin olmaması
– qeyri-kafi və ya çox gərgin bir səslə ifadə olunan səs səviyyəsinə nəzarətin itirilməsi.

Xarici dillər

Düzgün danışmaq üçün öyrənilməsi lazım olan hər bir dil öz ritmi ilə xarakterizə olunur. Eynilə, uşaqlıqda beynimiz ana dilimizdəki fonetik strukturları təyin etməyi öyrənmişdi. Və əksinə, dilimizə uyğun olmayan fonetik strukturlara fikir verməməyi də öyrəndik. Əslində, erkən uşaqlıqdan, xüsusən də ananın səsi sayəsində dilimizin ritmini kodlaşdırmağa öyrənirik. Bu dil kodu ana dilimizin timsalında uşaqlıqdan öyrəndiyimiz səs quruluşuna zidd olduğu qədər xarici dili öyrənməyimizə mane olur.
Tomatis® metodu xarici dil öyrənmək istəyənlər üçün bu dilin ritmini öyrənməsini asanlaşdırır. Sonra bu ritmə asanlıqla lüğət, sintaksis və qrammatika uyğunlaşır. Beynəlxalq proqram çərçivəsində yeddi universitetdə aparılan tədqiqatlar onu göstərir ki, Tomatis® Metodu sayəsində təhsil müddəti iki dəfə azalır.
Onu da nəzərə çatdırmaq istəyirik ki, Tomatis® Metodu pedaqoji bir yanaşmadır və heç bir şəkildə tibbi müalicə hesab edilə bilməz. Ağır hallarda Tomatis® Metodundan tibbi və ya terapevtik müdaxilə üçün köməkçi vasitə kimi istifadə etməyinizi məsləhət görürük.

Личное развитие