Tomatis Azərbaycan Mərkəzinin fəaliyyət istiqamətlərindən biri də autizm spektr pozuntusundan (ASP) əziyyət çəkən uşaqların təhsilidir.
Autizm diaqnozu qoyulmuş hər bir uşağın bənzərsiz bir təhsilə ehtiyacı var. Autizmli uşaqlara, davranış problemlərinə və diqqətin yayınmasına meyl etdiyinə görə, xüsusi bir mühit və əlavə materiallar, eləcə də ixtisaslı və təcrübəli müəllimlər tələb olunur.
Bunu nəzərə alaraq, Tomatis Azerbaijan Mərkəzi, uşaqlara say anlayışlarını öyrətmək, saymaq, zaman kateqoriyalarını təyin etmək, əşyanın forması və məkanda istiqaməti təyinetmə bacarığını dərinləşdirmək və s. anlayışların öyrənilməsinə istiqamətlənmiş pedaqoji proqramları işləyib hazırlamış və uğurla tətbiq etmişdir.
ASP olan uşaqların təhsil prosesinin formalaşması onun emosional inkişafı eləcə də əlaqə qurma qabiliyyətinin inkişafı və sosial qarşılıqlı təsir bacarıqlarını mənimsəməsi üzrə işin müvəffəqiyyətli olmasından asılıdır.
Autizm diaqnozu qoyulmuş uşaqların tədrisi zamanı müəllim aşağıdakıları həyata keçirir:
Bütün hüquqlar qorunur. Veb resursunun kontentinin istifadəsi və yayılması qadağandır.
Sayt Elçin İbrahimov tərəfindən hazırlanıb