Tomatis metodu (Tomatis® Method) uzunmüddətli nəticələrə zəmanət verir. Bu, onunla izah olunur ki, məşğələlərin effektivliyi şərti refleksin əmələ gətirilməsi ilə yox, neyron  bağlarının bərpa olunması ilə təmin olunur. Tomatis metodunun effektivliyi  autizm və inkişafın başqa pervaziv pozulmalarının  terapiya və müalicəsi, nitq və psixo-nitq inkişafının dayanması zamanı və s. hallarda bütün dünya üzrə yüzlərlə həkim tərəfindən təsdiq olunub. 

Tomatis® Azərbaycan MƏRKƏZİ

18 il əvvəl Tomatis® Azərbaycan İnkişaf Bərpa Mərkəzinin rəhbəri Nailə Froqleyin ailəsində əhəmiyyətli hadisə baş verdi – uzun zaman həsrətində olduqları qız övladı dünyaya göz açdı. Lakin həkimlər bu sevincə kədər qatdılar – uşağda  beynin yalnız 21%-nin sağlam olduğu autizmin ağır formasını təsdiq etdilər… Uşaqda udma, çeynəmə funksiyaları, demək olar ki, yox dərəcəsində idi, həmçinin  hərəkət-dayaq aparatı fəaliyyət göstərmirdi. Həkimlər əlacsız idi – bu kimi halların müalicəsi, demək olar ki, yoxdur.
Təhsilinə görə psixoloq olduğu üçün o, İngiltərə, Fransa, ABŞ, Rusiyada əlavə yüksək ixtisas kurslarını keçib, Tomatis® metodunu öyrənməyə başladı.
Bütün bacarıqlarından istifadə edərək qısa müddətdə qızını ayağa qaldırdı – bu gün uşağın beyni demək olar ki, tamamilə bərpa olunub və qız normal danışıq bacarıqlarını bərpa etmək üçün çalışır.

BAKININ XÜSUSİ TİBB MƏRKƏZLƏRİNDƏ AUTİZM, USİ XƏSTƏLİYİ OLAN UŞAQLARDA MÜXTƏLİF FUNKSİYALARIN BƏRPASI ÜÇÜN TOMATIS® METODİKASINDAN İSTİFADƏ EDİLİB. ƏLDƏ OLUNAN MÜKƏMMƏL NƏTİCƏLƏR NAILƏ FROQLEY-yə FƏALİYYƏTİNİ GENİŞLƏNDİRMƏYƏ VƏ TOMATIS® AZƏRBAYCAN İnkişaf Bərpa MərkəziNİ YARATMAĞA İMKAN VERDİ

Mərkəzimizin əsas məqsədi – uşağın valideynlərinə qısa müddət ərzində çoxsaylı problemlərin həllində kömək etməkdir.
Bu gün biz aşağıdakı sahələrdə çalışırıq:

niyə görə biz?

Tomatis® Azərbaycan İnkişaf Bərpa Mərkəzinin əsas fərqləndirici xüsusiyyəti hər bir uşağa fərdi yanaşmadır.
Valideynlərin və övladlarının nələr keçirdiyini öz təcrübəsindən bilən mərkəz rəhbəri qısa müddətdə onlarla dil tapıb ünsiyyət qurur.

DİAQNOZ

Düzgün diaqnoz uğurlu bərpa prosesinin təməl amillərindən biridir. Mərkəzimizdə beynin zədələnmə dərəcəsi və uşağın bədənindəki funksiyaların pozulması səviyyəsi xüsusi bir metodla təyin olunur.

ZƏMANƏT

Tomatis® Azərbaycan İnkişaf Bərpa Mərkəzi son texnologiyaların, müasir texnikaların tətbiqi və müalicəyə düzgün yanaşma sayəsində 100% nəticəyə zəmanət verir.

TEXNOLOGİYA

İnnovasiyalı Tomatis® metodikası dünyanın hər yerində yüzlərlə həkim tərəfindən geniş yayılmış pervaziv inkişaf pozuntuları, gecikmiş nitq inkişafı və psixo-nitq inkişafı və s. üzrə uğurla istifadə olunan patentləşdirilmiş texnologiyadır.

BU NECƏ İŞLƏYİR?

1

MƏSLƏHƏTLƏŞMƏ

Mərkəzimizdə hər uşaq üçün fərdi dinləmə proqramı hazırlanır. Bunun üçün xəstəliyin bütün təfsilatlarının diqqətlə öyrəniməsi məqsədilə valideynlərlə ətraflı danışmaq lazımdır. Orta hesabla bir məsləhətləşmə 45 dəqiqədən 2 saata qədər davam edir.

2

ANAMNEZİN TOPLANMASI

Bu mərhələdə xəstəliyin inkişafı barəsində, yaşayış şəraiti, keçirilmiş xəstəliklər, travmalar, xroniki patologiya, allergik reaksiyalar, irsiyyət və s. haqqında vacib məlumatlar toplanır.

3

TİBBİ SƏNƏDLƏR

Tibbi sənədlərin öyrənilməsi düzgün müalicənin çox vacib bir hissəsidir, bu səbəbdən mütəxəssislərin və araşdırmaların nəticələri (EEQ, NSQ, USDQ, MRT) konsultasiyaya gətirilməlidir.

4

DİAQNOZ

Unikal metodika və mütəxəssislərin təcrübəsi dəqiq diaqnoz qoymağımıza, beyin zədələnmə sahələrini təyin etməyimizə və prosedurların intensivliyini seçib təyin etməyimizə imkan verir.

5

MÜALİCƏ

Bərpa prosesi, hər biri 14 günlük olmaq şərtilə 3 kursdan ibarətdir (lazım olduqda əlavə 4-cü kurs təşkil olunur). Hər dərs 60-80 dəqiqə davam edir. Adətən müsbət təsir artıq 4-cü dərsdə müşahidə olunur!

6

TƏLİM

Uşağın davranış funksiyaları bərpa edildikdən sonra nitqin inkişaf etdirilməsi, oxumağı öyrənməsi və s. məsələlər vacibdir . Bu mərhələdə uşaqla peşəkar loqoped və ümumi inkişaf üzrə müəllim məşğul olur.

VALİDEYNLƏRİN RƏYLƏRİ

Tomatis® Azərbaycan İnkişaf Bərpa Mərkəzi nisbətən yaxın vaxtlarda açılmasına baxmayaraq, artıq balaca xəstələrimizin sağalması istiqamətində pozitiv tendensiyalara əsaslanan bir çox müsbət nəticələrimiz var.

FOTOQALEREYA